Tours


Qobustan Starting from  20 AZN


Qaya üzərində qazılmış təsvirlər və neolit dövründə ibtidai insanlarının məskunlaşdığı yerləri görmək üçün açıq səma altında yerləşən “Qobustan” Tarixi-İncəsənət qoruğuna səfər. 2007-ci il 23 iyun tarixindən 2 iyul tarixinə qədər Yeni Zellandiyanın Kraystçörç şəhərində keçirilən YUNESKO  Ümumdünya irsi komitəsinin 31-ci  sessiyasında Qobustanın qayaüstü təsvirləri mədəni peyzajı Ümumdünya irsi obyektləri siyahısına daxil edilmişdir.

Ekskursiya proqramı

Bibiheybət ərazisində qədim neft mədənləri və qədimi məbədlər.

Xəzər dənizində dəniz neft mədənləri platformalarına baxış.

Qayaüstü təsvirlər, Böyükdaş dağının yanında yazılar və piktoqramlar.

Qoruq ərazisində Böyükdaş dağının ətəyində bizim eranın I əsri, 84 və 96-cı illərə aid eramızın I əsrində XII İldırım Sürətli Legionun olduğunu qeyd etmiş  “Fulminata” (ildırım sürətli) ləqəbli Roma imperatoru Domisianın legionu tərəfindən qoyulmuş, üzərində latın dilində yazılmış daş lövhələr vardır. 

Kiçikdaş dağı yaxınlığında “Qaraatlı Piri” ibadətgahına ziyarət.

Daşqil dağında palçıq vulkanı təzahürləri /sönmüş vulkan, qrifon, salz ilə tanışlıq.

Ekskursiyanın qiyməti:

10 nəfərlik qrup olduğu halda bir nəfərin qiyməti 20 AZN - dən

fərdi 126 AZN - dən

 

 

 


Contact

We are always online


© 2017 - Premier Group