Tours


Duzdag Starting from  385 AZN


Öz hisslərinizi Naxçıvandan gələn heyrətamiz mədəniyyətlə doldurun. Əsrlər boyu məşhur sənətkarları ilhamlandıran bu diyarın gözəlliklərindən zövq alın. Duzdağ 5 oteli Naxçıvan aeroportundan yarım saatlıq məsafədədir. Duzdağ otelində speleoterapiya müalicəsi üçün fizioterapevtik mərkəz (duz yataqları) vardır.

Steleoterapiya – bronx-ağciyər aparatının qeyri-spesifik müalicəsinin effektiv metodudur. Lakin hansı hallarda steleoterapiyanın göstərişə uyğun olduğu, hansı hallarda isə əks-göstəriş olduğu qeyd olunmalıdır.

Müalicənin təyin olunmasına göstərişlər:

1. Astma öncəsi.
2. I mərhələdə yüngül, orta və ağır dərəcəli, infeksion-allergik və atopik formalı bronxial astma.
3. Xroniki obstruktiv bronxit vəremissiya fazasında olan, 1-2-ci mərhələdəki xroniki pnevmoniya.
4. Astma komponentli xroniki bronxit.
5. Allergik rinitlər, xroniki, allergik rinosinusopatiya.
6. Pollinozlar.
7. Bronxial astma – 1-2-ci mərhələdə olan tənəffüs çatışmamazlığı və 1-ci mərhələdə olan ürək çatışmamazlığı.

Mehmanxanada aşağıdakı kateqoriyalardan olan nömrələr var:
Standart otaq:
Sahəsi 28 m2, peyk televiziyası, telefon, naqilsiz İnternet, mərkəzləşmiş kondisioner, minibar, seyf, duş kabinəsi, tualet, makiyaj üçün stol, fen.

“Cuniyor Süit”:
Sahəsi 42 m2, peyk televiziyası, telefon, naqilsiz İnternet, telefon, mərkəzləşmiş kondisioner, minibar, oturacaq dəsti, seyf, vanna, duş, tualet, makiyaj üçün stol, fen.

“VIP Süit”:
Sahəsi 80 m2, 1 yataq otağı, 1 salon (qonaq otağı), bar, soyuducu, 2 peyk televiziyası, naqilsiz İnternet, telefon, mərkəzləşmiş kondisioner, salonda oturacaq dəsti, yemək stolu, seyf, 2 duş kabinəsi, 2 tualet, makiyaj üçün stol, fen.

Villa:
Sahəsi 90 m2, 1 böyüklər üçün yataq otağı, “Twin bed” tip çarpayılı 1 yataq otağı, 1 salon (qonaq otağı), 2 peyk televiziyası, naqilsiz İnternet, telefon, Split-kondisioner, salonda oturacaq dəsti, yemək stolu, seyf, v


Contact

We are always online


© 2017 - Premier Group